Xəbər lenti

İlham Əliyevə müraciət etdilər
Siyasət12:12 29.04.2014

İlham Əliyevə müraciət etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüquq müdafiəciləri - Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov və Mirvari Qəhramanlı Aprelin 28-də Sülh və Demokratiya İnsitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Brüssel şəhərinə konfransa səfəri zamanı hava alanında saxlanılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə polis tərəfindən L.Yunus və A.Yunusa qarşı kobud və qeyri-etik davranışdan hüquq müdafiəçilərinin ciddi narahatlığı qeyd olunum. Müraciətdə deyilir ki, Azərbaycanın 2014-cü ilin may ayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana nəzərdə tutulan səfəri, Avropa Şurası Baş katibi Tyorborn Yanqlandın Bakıya səfəri ərəfəsində Leyla Yunusun saxlanılması Azərbaycanda stabilliyi pozmaq istəyində olan xarici qüvvələrin əlinə ölkəmizi tənqid etməyə ciddi əsas verir.

Hüquq müdafiəçiləri AR Prezidentindən Leyla və Arif Yunusa qarşı qanunsuz hərəkət etmiş və kobud davranmış, A.Yunusu ağır fiziki duruma gətirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edir, L.Yunusa qarşı olan şübhələrin istintaq orqanları tərəfindən obyektiv araşdırılmasını Prezidentin nəzarətdə saxlamasını xahiş edirlər.

Qaynar.info