
Azərbaycan prezidenti İlham Əliyev Tovuza səfərini başa vuraraq Qazax rayonuna gəlib.
Məlumata görə, dövlət başçısı Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov prezidentə məlumat verib ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanıb, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılıb.
Qalan iki hektar sahə isə bu il abadlaşdırılıb.
Qaynar.info