Hakim Yeni Azərbaycan Partiyası bu il oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizədi, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin seçki sənədlərini Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Bu barədə YAP mətbuat xidmətiondən məlumat verilib.