Xəbər lenti

İlham Əliyevin Ukraynaya kritik səfəri gözlənilir
Ölkə18:08 14.11.2013

İlham Əliyevin Ukraynaya kritik səfəri gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan prezidenti İlham Əliyevin yaxın günlərdə Ukraynaya səfəri gözlənilir.

Virtualaz.org saytı bu barədə Ukrayna mənbələrindən məlumat əldə edib.

Ukraynanın baş nazirinin müavini Konstantin Qrişşenko ticarət-iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan birgə komissiyasının iclasının yekununda bu barədə bildirib.

Bununla belə Qrişşenko səfərin tarixini dəqiqləşdirməyib: “Səfərin tarixi iki ölkənin müvafiq strukturları tərəfindən açıqlanacaq. Lakin tamamilə aydındır ki, biz bu səfəri hazırlayırıq və burada heç bir sirr yoxdur”.

UNİAN agentliyi isə bildirir ki, qeyri-rəsmi informasiyalara görə, İlham Əliyevin Ukraynaya səfəri noyabrın 18-də baş tuta bilər.

Azərbaycan prezidentinin Ukraynaya gözlənilən bu səfəri bir çox parametrlərə görə kifayət qədər mühüm və kritik səfər olacaq.

Qaynar.info