
Daxili işlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb.
Bu barədə məlumatı “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov deyib. Onun sözlərinə İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub: “İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir”.
Qaynar.info