Xəbər lenti

İlham Mirzəyevin yalanını sübut edən SƏNƏD
Ölkə14:21 06.08.2013

İlham Mirzəyevin yalanını sübut edən SƏNƏD

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lyudmila Bahəddin qızı Əliyeva prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ombusdman Elmira Süleymanovaya teleaparıcı İlham Mirzəyevin əməllərindən şikayət edib. L.Əliyeva oğlu Asif Əliyevə İlham Mirzəyev tərəfindən hiylə yolu ilə şər-böhtan atıldığını bildirir. O, oğlunun  İ.Mirzəyev tərəfindən əvvəldən qurulmuş plan əsasında dayısı qızı Aysel Həsənova ilə evləndirildiyini, əsas məqsədin isə A.Əliyevin pullarını mənimsəmək olduğunu deyir. 

İ. Mirzəyev isə bu gün mətbuata açıqlamasında ona qarşı irəli sürülən ittihamları rədd edib. Hətta qaynatasının məhz bu ailənin yaratdığı problemlərə görə ürək tutmasından vəfat etdiyini bildirib.

Məlumatlara əsasən, İ.Mirzəyevin qayınatası - Cümşüd Namazov onun dediyi kimi ürəktutmasından yox, xərçəng xəstəliyindən vəfat edib. Hətta hazırda həbsdə olan A.Əliyev onun xərçəng xəstəliyindən müalicəsinə dəfələrlə maddi yardım edib. Bundan başqa, İ.Mirzəyev A.Əliyevin vəkilindən 150.000 manat vəsait tələb edib. Bunu təsdiq edən sənədləri əldə etmişik. Həmçinin, İ.Mirzəyevin səsyazısının ona aid olduğunu da təsdiq edən sübut-dəlillərin A.Əliyevin qohumlarında olduğu bildirilib.

İlham Mirzəyevin qaynatası Cümşüd Namazovun ölüm səbəbinin qeyd olunduğu sənədi təqdim edirik.(publika.az)