Xəbər lenti

İlin ən çox qazanan yazıçıları
Dünya07:11 30.12.2017

İlin ən çox qazanan yazıçıları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Forbes jurnalı ilin ən çox qazanan yazıçılarının siyahısını açıqlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Harri Potter" kitablarının müəllifi Co Roulinq 2017-ci ildə qazandığı 95 milyon dollarla siyahıda 1-ci yerdə qərarlaşıb. Ötən ilin lideri Ceyms Patterson 87 milyon dollarla 2-ci yerə düşüb. 
1999-cu ildən bəri 3-cü dəfə Forbes jurnalının siyahısına düşən Roulinqin müəllifi olduğu "Harry Potter and the Cursed Child" kitabı satışa çıxdığı 3 gündə 680 min nüsxə satılıb. Yazıçı həmçinin "Fantastic Beasts and Where to Find Them" kitabının ssenarisini də qələmə alıb.
Qeyd edək ki, ilk 5-likdə Ceff Kinney, Den Braun və Stefan Kinq yer alıb.
Gülşən