Xəbər lenti

İlin ilk Günəş tutulması baş verdi
Dünya07:05 09.03.2016

İlin ilk Günəş tutulması baş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin ilk Günəş tutulması baş verib.

Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayıb. Tutulmanı Hind okeanının Şərq sahillərində, İndoneziyada və Sakit okean hövzəsində müşahidə etmək mümkün olub.

Günəş tutulması saat 08:34-dək davam edəcək. Tam tutulma 05:57-də baş tutub. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünüb. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində müşahidə edilib.

Bu təbiət hadisəsini Azərbaycandan izləmək mümkün olmayacaq.

Qaynar.info