
ABŞ-ın "Billboard" jurnalı məşhur müğənni Madonnanı “İlin qadını” adına layiq görüb.
Nyu-Yorkda keçirilən 11-ci “Billboard Women in Music” mərasimində mükafat Madonnaya təqdim edilib.
Məlumata görə, Madonna musiqi sənayesində uzun illər fəaliyyət göstərdiyi üçün bu mükafata layiq görüb. "Billboard" jurnalı 58 yaşlı müğənninin “İlin qadını” seçildiyini oktyabrda bəyan etmişdi.
Qeyd edək ki, ötən illərdə Ledi Qaqa, Beyons, Ferci və Keti Perri kimi məşhur ifaçılar "Billboard" jurnalı tərəfindən "İlin qadını" adına layiq görülmüşdü.(publika.az)
Qaynarinfo.Az



