
Azərbaycanda bu ilin sonunadək bütün ümumtəhsil məktəblərinin internetlə təmin edilməsi nəzərdə tutulub.
Hazırda ölkədə ümumtəhsil məktəblərinin 87,2%-i kompüterlə təchiz edilib və məktəblərin kompüterləşmə prosesi başa çatmaq üzrədir.
Ötən ilin nəticələrinə əsasən, Azərbaycanda ümumtəhsil məktəblərinin 48,3%-i internetə qoşulub, ölkədə hər 16 şagirdə 1 kompüter düşür.
Xatırladaq ki, məktəblərin kompüterləşməsi və internetə qoşulması üzrə işlər Azərbaycanda 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Qaynar.info