Xəbər lenti

İlk bitkoin milyarderləri məlum oldu
Ekonomiks15:05 03.12.2017

İlk bitkoin milyarderləri məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əkiz qardaşlar Kameron və Teylor Uinklvossov bitkoinə qoyduqları sərmayə nəticəsində bu sahədə ilk milyarder olublar.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Uinklvossov qardaşları 2013-cü ildə 11 milyon dollar müqabilində dünyadakı bitkoin ehtiyatlarının 1 faizini alıblar.
Həmin vaxt 1 bitkoinin dəyəri 120 dollar olub. Ötən dövr ərzində bitkoinin dəyər  100 dəfəyə qədər artıb və hazırda 11 min 594 dollar təşkil edir. Beləliklə, 4 il əvvəl Uinklvossov qardaşlarının bitkoinə qoyduğu sərmayə onların milyarderə çevrilməsinə səbəb olub.