
Bu gün N!DA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin doğum günüdür.
Qaynarinfo.Az İlkin Rüstəmzadənin avtobioqrafiyasın oxuculara təqdim edir
İlkin Bakir oğluRüstəmzadə 1992-ci il avqustun 2-sində Gəncə şəhərində anadan olub.1998-ci ildə Gəncə şəhərində 20 nömrəli məktəbdə, daha sonra Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə davam etdirib.2009-cu ildə orta məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinə daxil olub (hazırda 5-ci kurs tələbəsidir).
İlkin Rüstəmzadə 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar İsmayıllıya dəstək aksiyalarının Facebook tədbirlərinin idarəçisi kimi sosial şəbəkələrdə aktiv olan şəxslər arasında tanınmışdır.
İlkin Rüstəmzadə may ayının 17-ində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) 28.1. (Cinayətə hazırlıq) 220.1(Kütləvi iğtişaş)maddələri ilə ittiham olunub. Belə ki, o “Harlem Shake” videorolikini hazırlamaqda və onu Youtube-da yerləşdirməkdə ittiham olunur. İstintaq bunu xuliqanlıq kimi qiymətləndirib.
6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində İlkin Rüstəmzadə barəsində hökm oxunub və 8 il müddətində azadlıqdan məhrum edilib.
Beynəlxalq Amnistiya Təşkilatı İlkin Rüstəmzadə "vicdan məhbusu" kimi tanıyıb.
Qaynarinfo.Az