ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun səhhətinin pisləşdiyi deyilir.
"Qaynar" xəbər verir ki, bu barədə hərəkatın icra katibi Natiq Cəfərli sosial şəbəkədə yazıb.
"Bu səhər (martın 22-si) zəng eləmişdi. Ciddi bel və əzələ ağrıları var, yerimək, hətta danışmaq belə ona əziyyət verir. Təcili olaraq xarici həkimlərin onu ziyarət etməsini istədi. Biz də artıq həm Qırmızı Xaç Komitəsinə, həm də əlaqədar digər təşkilatlara İlqar Məmmədovun durumunu və həkim istəyini çatdırdıq",-deyə icra katibi qeyd edib.
Novruz bayramı ilə əlaqədar iş günü olmadığından, hələlik, İ.Məmmədovun səhhəti ilə bağlı rəsmi məlumat yoxdur.