Xəbər lenti

İlqar Məmmədovun təbrik məktubu
Ölkə08:50 09.06.2015

İlqar Məmmədovun təbrik məktubu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

REAL Hərəkatının sədri İlqar Məmmədov Türkiyədə keçirilən 7 iyun parlment seçkilərində parlamentdə təmsil olunacaq AK Parti Genel Başqanı Əhmət Davutoğluna, CHP Genel Başqanı Kamal Kılıçdaroğluna, MHP Genel Başqanı Dövlət Baxçalıya və HDP Eş Genel Başqanları Səlahəttin Dəmirtaş və Figən Yüksəkdağa təbrik məktubu göndərib.

Hərəkatın mətbuat xidmətində Qaynar.info-ya daxil olan təbrik məlumatda deyilir: "Hörmətli partiya başqanları, Sizi 7 iyun 2015-ci il seçkilərində demokratiyanın Türkiyədə daha bir zəfəri münasibətilə ürəkdən təbrik edirəm. Uzun illərdir Türkiyə Cümhuriyyəti dünya əhəmiyyətli demokratik təcrübə yaşayır və onu bütün bəşəriyyətin marağında zənginləşdirir. Çox ümid edirəm ki, Türkiyənin gözəl nümunəsi Azərbaycanda da demokratik tərəqqiyə lazım olan yeni nəfəs verəcək.

Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, Türkiyə Cümhuriyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində imkanlarını bu seçkilərin nəticələri genişləndirəcək. Xatırladım ki, 2009-cu ildə REAL Hərəkatı Türkiyə-Ermənistan sərhədlərin açılmasının dəstəkləyən Azərbaycanda yeganə siyasi təşkilat idi. O zaman sərhəd açılsaydı bu gün Ermənistanın mövqeyində çox ciddi dəyişikliklər artıq baş vermiş olardı və Qarabağ münaqişəsinin dinc yolla həllinə yeni, əvvəllər görünməmiş imkanlar açardı. Ümid edirəm, Türkiyədə qurulacaq yeni hökumət yeni dəyərləndirmə əsasında doğru qərarlar verərək Azərbaycanın ərazi bütövlüyünün bərpası və Güney Qafqazda sülhə doğru əməkdaşlığa yeni yollar açacaq."

Qaynar.info