
ANS telekanalı tanınmış jurnalist, “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun telekanaldan çıxmasına aydınlıq gətirib.
ANS prezidentinin müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, aparıcının özü ərizə yazaraq, işdən çıxmasını istəyib: “Onun özü ərizə yazdı və işdən çıxmaq istədi. Ən pis hallarda da o işdən çıxmaq istəyəndə biz onu saxlayırdıq. Amma bu dəfə təkid etsək də işdən çıxdı. Ərizə yazdı və getdi. Nə edə bilərik”,-deyə telekanal sözçüsü əlavə edib.
Qeyd edək ki, İlqar Mikayıloğlu açıqlamasında bildirmişdi ki, ANS-lə müqaviləsi bitdiyi üçün telekanaldan uzaqlaşıb.
Qaynar.info