Xəbər lenti

İlyas İsmayılovun vəziyyəti necədir? - Son durumu açıqlandı
Siyasət 13:06 11.01.2025

İlyas İsmayılovun vəziyyəti necədir? - Son durumu açıqlandı

"İlyas müəllimin vəziyyəti ağır stabil olaraq qalmaqdadır".

Bunu Qaynarinfo-ya açıqlamasında Ədalət Partiyasının İcra Aparatının rəhbəri Mütəllim Rəhimli bildirib. 

Onun sözlərinə görə, İlyas İsmayılovun səhhətində dəyişiklik yoxdur:

"Son 2 gündə təəssüf ki, yaxşıya doğru hər hansı dəyişiklik müşahidə edə bilmirik". 

Qeyd edək ki, bir müddət əvvəl insult keçirən İlyas İsmayılov koma vəziyyətində Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. 

İlyas İsmayılov Azərbaycan SSR Prokuroru (1985-1995), Azərbaycan Respublikasının ədliyyə naziri (1992-1995), Demokrat Partiyasının sədri və həmsədri (1996-2000), Milli Məclisinin III və IV çağırış deputatı olub, hazırda Ədalət Partiyasının sədridir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->