Xəbər lenti

İmişlidə ərinə xəyanət edən qadın tövlədə saxlanılır
Ölkə13:43 13.11.2013

İmişlidə ərinə xəyanət edən qadın tövlədə saxlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki övlad anası iki dəfə ərini və uşaqlarını ataraq sevdiyi oğlanlarla qaçıb.


Azərbaycanda misli görünməmiş ana faciəsi yaşanır. İmişli rayonunun Otuzikilər kəndində övladları əlindən alınan gənc ana atası və qardaşı tərəfindən tövlədə saxlanılır.

Qaynar.info
Milli.Az-a istinadən xəbər verir ki, iki ildir tövləyə salınan 30 yaşlı Gülnar Əliyeva (ad və soyad şərtidir) işıq üzünə həsrətdir, yemək və su ona sinidə aparılır.

Kənd sakinlərinin verdikləri məlumata görə, qapının altından sinidə yeməyi götürən zavallıı qadın iki ildir yeməyi o formada qəbul edir. Qadının faciəsi bir müddət əvvəl başlayıb.

İki övladı olan ana ərini və uşaqlarını ataraq sevdiyi oğlana qoşularaq qaçıb. Həyat yoldaşı onu taparaq yenidən evinə, uşaqlarının yanına gətirib.

Lakin bir müddət sonra həmin qadın başqa birinə qoşularaq evdən gedib. Bundan sonra onun həyat yoldaşı boşanaraq uşaqları da özü ilə Rusiyaya aparıb. Qadını isə atası Zakir və qardaşı sevgilisindən alaraq evə gətirib tövləyə salıblar. Qadın əzizlərindən bağışlanmasını yalvarsa da, atası onun yaşamaq haqqı olmadığını deyir.

Qaynar.info