Xəbər lenti

İmmuniteti gücləndirən qidalar (SİYAHI)
Sağlamlıq 21:30 27.11.2023

İmmuniteti gücləndirən qidalar (SİYAHI)

Sitrus meyvələri, yumurta, qatıq, zəncəfil və kivi immunitetin normal işləməsini təşviq edir və orqanizmdə iltihabı azaldır. 

Qaynarinfo xəbər verir ki, bu qənaətə Hindistanın Benares Hindu Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri "Wiley Online Library"də dərc olunub.

İmmunitet orqanizmin patogen maddələri və hüceyrələri tanıyıb məhv etməklə öz bioloji şəxsiyyətini saxlamaq qabiliyyətidir. Məlumdur ki, bu qabiliyyəti qorumaq üçün sağlam qidalanma çox vacibdir. Sitrus meyvələri (portağal və limon kimi) immunitet sisteminin əsas hüceyrələri olan limfositlərin əmələ gəlməsinə kömək edən C vitamini ilə zəngindir. Onlar bədənin epiteliya maneələrini gücləndirir və müxtəlif orqan və toxumalarda hüceyrələrə zərər verən sərbəst radikallarla reaksiya verərək antioksidant rolunu oynayır. Kivi oxşar faydalı xüsusiyyətlərə malikdir.

Zəncəfil təbii immunomodulyatordur - bədənin immun reaksiyasını gücləndirə bilər. Bu, patogen mikroorqanizmləri məhv etməyə yönəlmiş immunitet sisteminin reaksiyaları toplusudur. Zəncəfil həmçinin iştahı və həzmi stimullaşdırır.

İmmunitet sisteminizi gücləndirməyin başqa bir yolu yumurta və qatıq yeməkdir. Bu qidaların tərkibində hər bir hüceyrə üçün tikinti materialı olan zülal var. Bundan əlavə, süddə olan prolaktin hormonu limfositlərin və timositlərin (immun hüceyrələrinin növləri) hərəkətini təşviq edir. Süd məhsullarında həmçinin immunoqlobulinlər və zərdab zülalları var ki, bu da antikorların sintezini stimullaşdırır - bədənin hər hansı bir "xarici işğalla" mübarizə apardığı molekullar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->