Xəbər lenti

İmperatorun varisindən şok açıqlama - "MƏNİ ZORLAYIBLAR"
Dünya08:19 19.10.2013

İmperatorun varisindən şok açıqlama - "MƏNİ ZORLAYIBLAR"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliya avtomobil nəhəngi "Fiat"ın rəhbəri Agnelli ailəsinin ən böyük varisi Lapo Elkann mətbuata şok açıqlamalar verib.

Qaynar.info
xəbər verir ki, babası Gianni Agnellinin 2003-cü ildə ölümündən sonra "Fiat" şirkətinə rəhbərliyi kiçik qardaşı Con Elkana təhvil verən Lapo Elkan "İl Fatto Quotidiano" qəzetinə verdiyi açıqlamasında həyatda başına gələnləri açıqlayıb.

Elkann indiki Papa Françeskonun da mənsub olduğu Yezuit Təriqətinə məxsus kollecdə təhsil alarkən cinsi zorakılığa məruz qaldığını deyib: "Artıq yaşadıqlarımı gizlətmək istəmirəm. Qardaşlarım dövlət məktəbində oxuduqları halda məni Yezuit Təriqətinin idarəçiliyindəki kollecə göndərdilər. 13 yaşımda həyatımda böyük çətinliklər törədən, acı şeylər yaşadım. Yalnız mən deyil, birlikdə təhsil aldığım dostlarım da bunları yaşadı. Cinsi təcavüzdən danışıram. Bəli, bunu yaşadım. Çox acı çəkdim. Ancaq mən özümü qurban hiss etmirəm, əsl qurban bunu edənlərdir".

Bu travmanı keçmək üçün böyük səy göstərdiyini söyləyən Elkann bunları niyə məhz indi açıqladığını isə belə izah edib: "Mənimlə eyni hekayəni yaşayan kollecdəki ən yaxın dostum buna dözməyərək il yarım əvvəl intihar etdi. "Onun üçün nəsə edə bilərdimmi?" deyə hər gün özümə sual verirəm. Bu səbəbdən bütün bunları açıqlayıram".

Elkann onun kimi cinsi təcavüzə məruz qalanlara yardım etmək üçün vəqf quracağını  söyləyib.

Yezuit Təriqəti isə Lapo Elkannın iddialarına cavab verib. İtaliya Yezuit Məktəblərinin nümayəndəsi Peder Vitangelo Denora bu hadisədən təəssüf hissi keçirdiklərini deyib: "Lapo Elkann üçün ürəkdən dua edirik və başına gələn təcavüzü şiddətlə qınayırıq. Ancaq bunu da demək istəyirik ki, Elkan nə İtaliyada, nə də dünyadakı Yezuit məktəblərində təhsil almayıb".

Qaynar.info