Xəbər lenti

İmtahan nəticələri elan edildi
Ölkə12:10 04.06.2015

İmtahan nəticələri elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahan nəticələrini elan edib.

Anspress-in komissiyanınmətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticələr iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan və mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanında iştirak edən şagirdlərə aiddir.

İmtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Xatırladaq ki, növbəti buraxılış imtahanları iyunun 6-da Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt, Abşeron, 11-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən, 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Füzuli, Beyləqanda olacaq.

Qaynar.info