Xəbər lenti

İmtahanın nəticələri iki gün ərzində açıqlanacaq
Ölkə06:12 08.04.2013

İmtahanın nəticələri iki gün ərzində açıqlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən ilk sınaq imtahanlarının nəticələri yaxın iki gün ərzində açıqlanacaq. TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, ilk sınaq imtahanları respublikanın 28 şəhər və rayonunda ümumilikdə 46 binada təşkil olunub. Hazırda bölgələrdə təşkil olunan imtahanların nəticələri TQDK-ya təqdim edilir və nəticələr emal olunur.