Xəbər lenti

İmtahanların nəticələri açıqlandı
Ölkə13:40 27.08.2013

İmtahanların nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, imtahanların nəticələri yaxın saatlarda TQDK-nın saytında yerləşdirilib.

2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçirilib. İmtahanda iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib.

Qaynar.info