
Moskvaya səfərdən imtina edən Fransanın xarici işlər naziri Loran Fabius öz hərəkətini “səfərin yersiz olması” ilə izah edib.
Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Europe-1” radiosuna müsahibəsində diplomat Rusiyanın tam təcrid edildiyini, Ukraynanın şərq qonşusunun hərəkətlərinin ABŞ, Avropa Birliyi, Yaponiya, hətta Çində neqativ reaksiya doğurduğunu söyləyib.
“Məsələ ondadır ki, Çin BMT Təhlükəsizlik Şurasında səsvermələr zamanı adətən Rusiya ilə eyni mövqedən çıxış edir, ancaq Krım məsələsində bitərəf qaldı” – deyə nazir bildirib.
Fransa xarici siyasət idarəsinin başçısı həmçinin, Rusiyanın “G 8”-də üzvlüyünün dayandırıldığını, bundan sonra çox şeyin Rusiya hakimiyyətindən asılı olduğunu diqqətə çatdırıb.