Xəbər lenti

Çin hücuma keçir: ABŞ rəsmilərinə qarşı qisas sanksiyası
Dünya07:50 14.05.2020

Çin hücuma keçir: ABŞ rəsmilərinə qarşı qisas sanksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Pekinin koronavirusun yayılmasında iştirak etməsi məsələsində ABŞ-ın mövqeyindən hədsiz narazılığını ifadə edib və ayrı-ayrı şəxslərə, təşkilatlara, vəzifəli şəxslərə qarşı qisas sanksiyalarına icazə verib. 
Qaynarinfo xəbər veror ki, bu barədə "Global Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl respublikaçı senator Lindsi Qraham ABŞ Senatına COVID-19-un yayılmasına görə Çinə qarşı sanksiyaları nəzərdə tutan "COVID-19 ilə bağlı məsuliyyət haqqında” qanun layihəsini təklif etdiyini və prezident Donald Trampı Çinin infeksiyanın meydana gəlməsi ilə bağlı tam bir hesabat yayımlamadığı təqdirdə sanksiyalar tətbiq etməyə dəvət etdiyini bildirib. Sənəd daha səkkiz respublikaçı senator tərəfindən dəstəklənib.
Nəşrin məlumatına görə, Çin qanun layihəsinə sərt etiraz bildirib və sənədin faktlara məhəl qoymadığını əlavə edib.
Nəşrdə qeyd olunub ki, Çin ən azı dörd konqresmen və iki təşkilatı sanksiya siyahısına salacaq. Sanksiyaya ÇXR-i yeni koronavirus pandemiyasında ittiham edərək məhkəməyə verən Missuri ştatının Baş prokuroru Erik Şmit düşə bilər.
Alpər