Dicey Çingiz Mustafayev “Maşın” realiti şousundan qazandığı avtomobili satıb. Bu barədə Axşam.az-ın əməkdaşı ilə söhbətində Çinanın özü deyib.
O, maşını alan adamın kimliyini hələlik açıqlamaq istəməyib:
“Ayın 15-dən sonra bu barədə danışacağam. Avtomobil mənim adımadır. Yeni sahibinə bir illik etibarnamə vermişəm. Bu məsələdə şounun müəllifi Murad Dadaşovun da məndən inciməyəcəyinə inanıram. Orada hamı əlini maşına qoyanda “Allahu Əkbər” dedi. Mən isə niyyət tutdum ki, udsam, kimsəsiz uşaqlara yardım edəcəyəm. Avtomobili dəyərindən ucuz qiymətə satmışam. İlkin olaraq müəyyən qədər pul almışam. Onun üstünü öz cibimin pulu ilə düzəldib, uşaqlar evinə ən az on min manat bağışlayacağam. Buna söz vermişəm”.
Qaynar.info