Xəbər lenti

İndiki deputatların səlahiyyət müddəti nə vaxt başa çatacaq?
Siyasət14:23 05.02.2020

İndiki deputatların səlahiyyət müddəti nə vaxt başa çatacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
V çağırış Milli Məclisin deputatlarının səlahiyyət müddəti parlamentin yeni tərkibinin ilk iclas günü başa çatacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report” parlamentdən məlumat əldə edib. Yeni tərkibin ilk iclasında hazırkı deputatlarla yanaşı, deputat köməkçiləri də Milli Məclisdəki işindən ayrılacaqlar.
İlk iclasın fevral ayının sonlarına yaxın, yaxud martın əvvəlində keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.