Şərqi İndoneziyanın Papua əyalətində sel basqınları zamanı həyatını itirənlərin sayı artır.
Qaynarinfo Sinxua agentliyinə istinadən xəbər verir ki, rəsmi məlumatlara əsasən təbii fəlakət nəticəsində 63 nəfər ölüb, onlarla insan yaralanıb və itkin düşüb.
Cayapua bölgəsində də xilasetmə işləri davam etdirilir. Təbii fəalkət qurbanlarının sayında artım olacağı istisna edilmir.