Xəbər lenti

İnformasiyalar oğurlanaraq Azərbaycana ötürülürmüş
Ölkə05:59 29.07.2016

İnformasiyalar oğurlanaraq Azərbaycana ötürülürmüş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Android" əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqlərdən (application) biri qurğulardan (gadget) foto və videoları oğurlayır.

"Qaynarinfo.Az" APA-ya istinadən bildirir ki, oğurluq faktlarını "Symantec" şirkətinin mütəxəssisləri aşkarlayıb.

Oğurluğu aşkarladıqdan sonra mütəxəssislər dərhal bu barədə "Google" şirkətini xəbərdar edib. Bunun ardınca "Google" tətbiqi internet mağazadan silib. İlkin məlumata görə, tətbiq təxminən 60 min dəfə yüklənib. Yükləndikdən sonra o qurğu sahibinin şəxsi məlumatlarına çıxış imkanı əldə edib.
 
"Symantec"in mütəxəssisləri iddia edir ki, oğurlanan informasiyalar avtomatik olaraq www.proqnoz.info saytının serverinə yüklənir. Mütəxəssislər bildirir ki, bu saytın serveri Azərbaycanda yerləşir.
 
Maraqlıdır ki, tətbiqin adı açıqlanmır.

Qaynarinfo.Az