Xəbər lenti

İngilis baş nazir: "Ərdoğana heyranam"
Dünya09:30 14.06.2013

İngilis baş nazir: "Ərdoğana heyranam"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin baş naziri Devid Kemeron Londonda Xarici Media Dərnəyinin G-8 sammiti toplantısında iki türk qadın jurnalistin suallarını cavablandırıb. 

Qaynar.info-nun məlumatına görə, Kemeron Türkiyədə iki həftədir davam edən etirazlarla bağlı ilk açıqlamasını verib.

Baş nazir verdiyi açıqlamasında İngiltərənin baş verən hadisələri izlədiyini və İstanbuldakı hadisələrin narahatlıq doğurduğunu deyib. Kemeron qeyd Onun sözlərinə görə, hər kəs lazım olan məsuliyyəti nümayiş etdirməlidir.

İngiltərənin baş naziri Rəcəb Tayyib Ərdoğanla sıx-sıx danışdıqlarını və Türkiyənin son 10 ildəki inkişafının başqa ölkələr tərəfindən heyranlıqla izləndiyini də sözlərinə əlavə edib: "Son 10 ildə Türkiyənin siyasi və iqtisadi müstəqillik yolunda atdığı addımlar təqdirəlayiqdir. Bu, dünyanın nizamı baxımından olduqca önəmlidir. Hamımız onları (Türkiyəni) dəstəkləməli və cəsarətləndirməliyik. Baş nazir Ərdoğanla əlaqə saxlayıram. Ona heyranıq. Şübhəsiz ki, İstanbulda narahatlıq doğuran hadisələr baş verir. Fikrimcə hər kəsin məsuliyyətlə hərəkət etməsi lazımdır. Türkiyənin inkişafı başqa ölkələr tərəfindən heyranlıqla izlənilir". 

Qaynar.info