
Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla müxalifət nümayəndələri arasında görüş keçirilib.
Bu barədə məlumatı Qaynar.info-ya REAL İdarə Heyyətinin üzvü Natiq Cəfərli verib.
Natiq Cəfərlinin sözlərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, Qarabağ məsələsi, siyasi məhbuslar problemi, ölkənin iqtisdi vəziyyəti müzakirə edilib. Müzakirələr zamanı müxalif liderlər öz təşkilatlarının fikirlərini bölüşüblər.
Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, “REAL” Hərəkatının icra katibi Natiq Cəfərli və Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak ediblər.
Qaynar.info