Xəbər lenti

İngiltərə klubu baş məşqçisi ilə vidalaşdı
İdman06:18 09.08.2023

İngiltərə klubu baş məşqçisi ilə vidalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqa təmsilçisi "Vulverhempton” baş məşqçisi Xulen Lopeteqi ilə yolları ayırıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlama verilib. İspaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Lopeteqinin köməkçiləri ilə də yollar ayrılıb.
Doqquz aydır komandanı çalışdıran 57 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında "sükan” arxasına gətirilmişdi. Komanda ötən mövsümü 13-cü pillədə başa vurmuşdu. 
Səbuhi Həsənov