
Milli Məclisin (MM) deputatı Çingiz Qənizadənin pulu oğurlanıb.
Qaynar.info xəbər verir ki, bu barədə o, özü MM-in bugünkü iclasında məlumat verib. O, MM-də Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilərkən çıxış edərkən bu barədə danışıb.
Deputat xaricdə olarkən hesabından 100 və 150 manat (ümumilikdə 250 manat) pul çıxarıldığını söyləyib: “Mənə bu barədə SMS gələndə xəbər tutdum.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin adamı tapsalar da, bu barədə qanunvericilikdə boşluq olduğundan, bu məsələni araşdırmaq, həmin şəxsi məsuliyyətə cəlb etmək prokurorluq orqanları üçün xeyli çətin oldu. Bugünkü dəyişikliklə həmin boşluq aradan qaldırılır”.
Qaynar.info