Xəbər lenti

İnsanlar Marsa bir çox təhlükəli bakteriya apara bilər – Tədqiqat
Texnologiya 19:53 07.02.2024

İnsanlar Marsa bir çox təhlükəli bakteriya apara bilər – Tədqiqat

Alman Aerospace Venter aspirantı Tommaso Zakkarianın rəhbərlik etdiyi bir qrup tərəfindən aparılan araşdırma, bəzi yerüstü bakteriyaların simulyasiya edilmiş Mars mühitində inkişaf edə biləcəyini göstərib.

Qaynarinfo xəbər  verir ki, tədqiqat Marsda atmosferi, torpağı və ultrabənövşəyi şüalara məruz qalmasını təqlid edən bir mühitə dörd bakteriya nümunəsi yerləşdirib. Nəticələr göstərib ki, bu bakteriyaların bəziləri, o cümlədən Pseudomonas aeruginosa və Klebsiella pneumoniae kimi patogenlər belə şəraitdə yaşaya və hətta inkişaf edə bilər.

İnsanlarda irinli-iltihabi infeksiyalara səbəb olan Serratia marcescensin Mars şəraitinə müqavimət göstərməsi xüsusilə maraqlı olub.

Bu, əgər bu bakteriyalar Marsda insanlarla birlikdə olarsa, astronavtlara yoluxma ehtimalı deməkdir.

Yeni kəşf kosmik gəmilərin və digər planetlərdəki bazaların təhlükəsiz və təmiz saxlanmasının vacibliyini vurğulayır. İnfeksiyalarla bağlı problemlər hələlik uzaq görünsə də, bəşəriyyət Mars və digər dünyaları müstəmləkə etmək üçün yola çıxanda onlar reallığa çevriləcək.

Araşdırmanın nəticələri Astrobiology jurnalında dərc olunub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->