Dünya 16:33 05.09.2023

İnternetdə Şoyqunun yeni səfərbərlik haqqında saxta fərmanı yayılır

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun 11 sentyabr 2023-cü il tarixindən etibarən yeni səfərbərlik dalğası ilə bağlı uydurma fərmanı Ukraynanın Telegram kanallarında fəal şəkildə yayılır. 

Qaynarinfo xəbər verir ki, URA.RU ilə Noodles Medianın birgə layihəsi çərçivəsində bu "fərman”ın saxta olduğu aydınlaşıb.

"Şoyqunun 200.000 rusiyalının səfərbər edilməsi ilə bağlı əmri internetdə dərc olunub. Qüvvəyə minmə tarixi sentyabrın 11-dir”, - deyə teleqram kanallarında əhaliyə yanlış məlumat verilir.

Bununla belə, sənəd Müdafiə Nazirliyinin fərmanları ilə birlikdə rəsmi hüquqi informasiya portalında göstərilmir. Yayılan saxta sənəddə hərbi komissarlar "komissarlıqların nümayəndələri” adlanır. Nazirin imzası əsli ilə uyğun gəlmir. Ayıq olun və yalnız etibarlı və rəsmi mənbələrə etibar edin, - məlumatda deyilir.

Deputatlar qismən səfərbərliyin yeni dalğasına ehtiyac olmadığından dəfələrlə danışıblar. Belə ki, general Qurulev qeyd edib ki, müqavilə əsasında hərbi qulluqçuların könüllü çağırışı çərçivəsində Rusiya 400 mindən çox könüllü cəlb edəcək, kütləvi əlavə səfərbərlik üçünsə sənaye imkanları yoxdur.

Alpər