Xəbər lenti

İntihar edən polkovnikin anası danışdı
Ölkə09:22 09.04.2014

İntihar edən polkovnikin anası danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bir televiziya belə, dəfni işıqlandırmaq üçün gəlmədi...”

“Qafqazinfo”-nun əməkdaşı aprelin 7-də intihar edən Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant, 1970-ci il təvəllüdlü Natiq Balıyevin ölüm səbəblərini araşdırmaq üçün onun Sumqayıtda yerləşən mənzilində olub.

Onu elə dünən torpağa tapşırılan mərhumun ailəsi qarşılayıb. N.Balıyevin anası Dünya Məcidova onu görən kimi gileylənib: “İndiyə qədər harda idiniz və nədən dünəndən bəri bir mətbuat, bir televiziya polkovnik-leytenantın dəfnini işıqlandırmaq üçün gəlmədi?”

Zabitin anası deyib ki, əgər mətbuat ailə ilə əlaqə saxlasaydı, o zaman bu qədər yalan xəbərlər də yayılmazdı. Bu yaxınlarda oğluna hərbi rütbə verildiyini, daha sonra Bakıda 3 otaqlı mənzillə təmin edildiyini deyən ana onun nədən intihar etdiyi haqda heç bir təsəvvürünün olmadığını bildirib:

“Bir oğlumu şəhid vermişəm. Bu oğlum da belə... Bunun üçünmü oğul dünyaya gətirmişdim? Oğlumun iki azyaşlı yetim övladı qaldı. İndi kim onlara sahib çıxacaq?”.

Ailə üzvlərinin sözlərinə görə, daha əvvəl Ağcabədidə xidmət edən N.Balıyev işində göstərdiyi yüksək xidmətlərə görə dəfələrlə diplomlarla təltif olunub və bu yaxınlarda rütbə alıb, az sonra isə mənzillə təmin olunub. Heç kəslə münaqişəsi olmayan polkovnik-leytenantın son günə qədər də intihar etməsinə səbəb olacaq heç bir durum yaşanmayıb: “İntihar etdiyi axşam həyat yoldaşı ilə danışıb və deyib ki, sabah növbədə olduğu üçün elə Bakıdakı mənzilində qalacaq. İşə də ordan gedəcək. Son ana qədər yeni evini təmir etdirən, mebel sifariş edən bir adam nədən durub-durub intihar etsin?”.

Ailəsindən deyiblər ki, Natiqin intihar etdiyini elə iş yoldaşlarından öyrəniblər: “İşə gəlmədiyi üçün narahat olublar və bizə zəng ediblər. Biz də dərhal qaldığı evə yollandıq. Ora çatanda elə nazirliyin də əməkdaşları gəlmişdi. Qapı arxadan bağlı idi. İçəri keçmək üçün qapını sındırmalı oldular. Özünü yataq otağında tavandan asmışdı”.

Mərhumun anası deyib ki, oğlunun ölüm səbəbi onlar üçün qaranlıqdır. Buna görə də yeganə çarə ekspertizanın nəticələrini gözləməkdir.

Qaynar.info