Xəbər lenti

İntihar edən sahibkar haqda şok təfərrüat -YENİLƏNİB
Ölkə06:43 11.04.2013

İntihar edən sahibkar haqda şok təfərrüat -YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İş adamının 1milyon manat borcu var imiş

Bakı yaxınlığında biznesmen intiharının necə baş verməsi və qaranlıq məqamları məlum olub. Abşeron Rayon Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, sement biznesi ilə məşğul olan Bəxtiyar Məmmədov külli miqdarda borcu olduğuna görə özünü öldürüb. Ailə üzvlərinin bildirdiyinə görə, onun 1 milyon manatdan artıq borcu olub.

Hadisə baş verən gün Bəxtiyar qardaşına zəng edərək özünü öldürməyə getdiyini deyib. Qardaşı da özünə məxsus “Nissan-Patrul” markalı maşınla Bəxtiyarın olduğu “Audi Q7” markalı maşının arxasından gedib. Qardaşı arxadan Bəxtiyara çataraq maşını saxlamaq və bu yolla da onu intihardan çəkindirmək üçün əlindən gələni edib.

Hətta Bakı-Şamaxı yolunda “Nissan”la Bəxtiyarın maşınını yan tərəfdən sıxaraq saxlamağa məcbur edib. Uzun sürən ötüşmədən sonra qardaşı Bəxtiyarın “Audi”sini sıxaraq yoldan kənara çıxarıb və dayandırmağı bacarıb.

Maşından düşüb Bəxtiyara tərəf qaçsa da, o, maşının qapılarını və şüşələrini bağlayıb. Bəxtiyarın “Vinçester”i çıxararaq özünü öldürmək istədiyini görən qardaş onun ölümünün qarşısını almaq üçün hər şey edib. Şüşəni sındırmaq, qapını açmaq üçün yerdən daş, dəmir parçası axtarana kimi Bəxtiyar istədiyini edə bilib.

O, silahın lüləsini ürəyinə dayayaraq qardaşının gözü qarşısında atəş açıb. Şüşəni sındıran qardaş qan içərisində olan Bəxtiyarı xəstəxanaya çatdırsa da, gec olub, o artıq yolda keçinibmiş.

Hazırda faktla bağlı istintaq gedir. Hadisə zamanı “Audi” və “Nissan” markalı maşınlar da əzilib.

***

10:24

Azərbaycanda sahibkar özünü güllələyib.

Bu barədə APA-ya Abşeron rayon Prokurorluğundan bildirilib.

Hadisə Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində qeydə alınıb. Abşeron sakini, 1974-cü il təvəllüdlü Bəxtiyar Barat oğlu Məmmədov özünə məxsus “Audi Q7” markalı, 90 RA 353 dövlət nömrə nişanlı avtomobildə “Vinçestr” markalı silahdan atəş açaraq özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B.Məmmədov sahibkarlıqla məşğul olub. 

Qaynar.info