Azərbaycan Texniki Universitetin tələbəsi intihar edib.Hadisə bu gün Ziya Bünyadov prospekti, ev-5-in qarşısında qeydə alınıb.
1995-ci il təvəllüdlü Etibar Nazim oğlu İmamzadə özünü ağacdan asaraq intihar edib.
Etibar İmamzadə özünü asmazdan əvvəl, 3 gün öncə facebook sosial şəbəkəsindəki profilində intiharla bağlı tam da olmasa məlumat verib. Qaynar.info xəbər verib ki, o, sonuncu statusunda "Sabah ya da birisi gün bəlkə getdim facebookdan. Özü də həmişəlik" yazıb.
Şərh bölməsində dostları ondan getməməyi xahiş etsə də, onlara zarafatla cavab verib. Allah rəhmət eləsin"
Qaynar.info
