Xəbər lenti

iPhone 6-nın satış qiyməti açıqlandı
Ekonomiks07:44 25.08.2014

iPhone 6-nın satış qiyməti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
4,7 düym ekranlı və 5,5 düym ekranlı iPhone 6 arasında 200 avro fərq var

ABŞ-ın Apple korporasiyasının satışa çıxaracağı yeni smartfon olacaq iPhone6-nın ilkin satış qiyməti artıq bəllidir.

Qaynar.info milli.az-a istinadən bildirir ki, 4,7 düymlük ekrana malik iPhone 6 (16 geqabayt daxili yaddaşlı) Avropa ölkələrində 750 avrodan, 5,5 düym ekranlı iPhone 6 isə 950 avrodan satılacaq.

Hazırda 16 geqabayt daxili yaddaşlı iPhone 5S Avropa Birliyi ölkələrində 699 avroya satılır.

Şərqi Avropa ölkələrində isə 4,7 düym ekranlı iPhone 6 smartfonu 780 avroya, 5,5 düym ekranlı iPhone 6 isə 980 avroya satılacaq.

Qaynar.info