
Daha bir smartfon partlayaraq xəsarət törədib.
Çində “iPhone 7” partlayıb. Smartfonun sahibi qeyd edib ki, hadisə videorolik çəkmək istədiyi vaxt baş verib.
Yalnız zavod istehlası olan adapterdən istifadə etdiyini bildirən həmin şəxs telefonun qəlpələrinin üz və əlinə xəsarət verdiyini qeyd edib.
Çin sakini məsələ ilə bağlı Apple-a müraciət edib. O, təzminat tələb etməyə hazırlaşır.(AzNews.az)
Qaynarinfo.Az

