Xəbər lenti

“iPhone”lar əslində harada istehsal olunur?
Texnologiya19:59 29.03.2018

“iPhone”lar əslində harada istehsal olunur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Appl” şirkətinin direktoru Tim Kuk Çin və digər ölkələrlə əməkdaşlığa olan təndiqlərə cavab verib.
Qaynarinfo Technote-yə istinadən xəbər verir ki, o, "iPhone”nun ABŞ-da istehsal olunmamasını düşünməyin düzgün olmadığını deyib:
"Şirkət "iPhone”nun hissələrini ABŞ-da istehsal edir. İnsanlar isə yekun məhsulun üzərində qeyd olunmuş ölkəyə fikir verməyə öyrəşiblər”.
Onun fikrincə yüksək texnoloji cihazların yığılması müxtəlif ölkələrdə reallaşdırılmalıdır:
""iPhone” və "iPad” üçün olan şüşələr ABŞ-ın "Corning” şirkəti tərəfindən Kentukkidə, "iPhone X” üçün olan "Face ID” modulu isə Texasda istehsal olunur. Mikrosxemlər və "iPhone” istehsalı üçün nəzərdə tutulmuş təchizatlar da ABŞ-da hazırlanır. Daha sonra bu komponentlər xarici ölkələrə göndərilir və Çində olan "Foxconn” və "Pegatron” kimi zavodlarda yekun məhsul daxilinə yığılır”.