Xəbər lenti

İqtisad Universitetində yanğın olub (YENİLƏNİB)
Ölkə07:11 03.07.2019

İqtisad Universitetində yanğın olub (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yanğınla bağlı məlumat yayıb.
UNEC-dən Qaynarinfo-ya bildirilib ki, iyulun 3-də səhər saatlarında ali məktəbin əsas tədris binasında yanğın olub.
Yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
09.40 
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.
"Report"un əldə etdiyi məlumata görə, yanğın ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınlıarı və canlı qüvvəsi cəlb olunub.
Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb. 
Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.