
İranın nüfuzlu ayətullahları Nasir Məkarim Şirazi və Lütfullah Məkarim Şirazi İran prezidenti Mahmud Əhmədinejadın Uqo Çavesin ölümü münasibətilə onun anasını qucaqlamasını sərt tənqid edib və Novruz bayramı ilə bağlı ölkədə keçirilən şənlikləri pisləyiblər.
Trend-in məlumatına görə, ayətullahlar bildiriblər ki, Tehranda 4 saat ərzində keçirilən Novruz bayramını qarşılama mərasimində musiqidən əlavə, rəqs də olub və bunların hamısı şəriətə ziddir.
Qeyd edək ki, İran prezidentinin martın 9-da Çavesin anası Elena Friasa oğlunun ölümü ilə əlaqədar təsəlli vermək üçün onun əllərindən tutub qucaqlaması İranın dini dairələrində sərt qarşılanıb. Bundan əvvəl Dini Müəllimlər İcmasının sədri Ayətullah Məhəmməd Yəzdi bildirmişdi ki, Çavesin anası qoca olsa da, Əhmədinejadın bu hərəkəti prezidentə yaraşmayan hərəkət idi.
Qaynar.info