İranın BMT-dəki daimi təmsilçisi Qulaməli Xoşroo təşkilata ABŞ barədə şikayət ünvanlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasına göndərilən məktubda ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens İranda təşkil olunan etiraz aksiyalarına münasibət bildirərək İranın daxili işlərinə qarışmaqda ittiham edilirlər. Məktubda "ABŞ höküməti nümayişlərə dəstək bəhanəsi ilə mənasız formada İranın daxili işlərinə müdaxilə edir. Prezident Donald Tramp və vitse-prezident Mayk Pens çox sayda mənasız "tweet" ataraq İran xalqını aksiyalara təhrik edir" fikirləri qeyd olunub.
İranda 28 dekabrda işsizlik, bahalıq və korrupsiyaya qarşı başlanan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb və hələ də davam edir. Donald Tramp isə bu addımı zülmə boyun əyməyən xalqın mübarizəsi kimi qiymətləndirir.
Gülşən