Xəbər lenti

İran Dubayda oğurlanan Almaniya vətəndaşını edam etdi
Dünya 14:31 29.10.2024

İran Dubayda oğurlanan Almaniya vətəndaşını edam etdi

İran ABŞ-da yaşamaq icazəsi olan İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarmaxdı edam edib. O, "Tondar terror qruplaşmasına” rəhbərlik etməkdə, habelə ABŞ-dan İran ərazisində "silahlı və terror aktlarını idarə etməkdə” ittiham olunub.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Şarmaxd 2020-ci ildə Dubayda başqa reysə minərkən İran hakimiyyəti tərəfindən oğurlanıb. Almaniya kanslerinin yazdığı kimi, ona məhkəmədə müdafiə almaq imkanı verilməyib.

O, 2008-ci ilin aprelində Şirazda 14 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən məscidin partladılmasında əli olmaqda ittiham edilib.
Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, İran hakimiyyətinə Şarmaxdın edam ediləcəyi təqdirdə "ciddi nəticələr” barədə xəbərdarlıq edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->