İran Fars körfəzində yanacaq daşıyan xarici tankeri ələ keçirib.
Qaynarinfo xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, tankerin saxlanılma səbəbi ərəb ölkələri üçün 700 min litr qanunsuz yanacaq daşımasıdır.
Tankerdəki 7 ekipaj üzvü həbs edilərək Buşehr şəhərinə aparılıb.
Qeyd edək ki, İran ötən həftələrdə Hörmüz boğazında Britaniyaya məxsus tankeri saxlamışdı.
Gülşən