Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatında deyilir ki, İran Fordo sahəsində qabaqcıl IR-6 sentrifuqaları hazırlayaraq uranın zənginləşdirilməsini sürətləndirir.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
"Reuters"in əldə etdiyi məlumata görə, sentrifuqalar şəlaləsi 166 aparatdan ibarətdir və dağların qoynunda yerləşən Fordo sahəsində quraşdırılan ikinci IR-6 sentrifuqa şəlaləsidir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, sentrifuqa şəlaləsi müxtəlif dərəcələrdə (5-20-60) zənginləşdirməyə imkan verən xüsusiyyətlərə malikdir.
Agentlik üzv ölkələrə göndərdiyi məxfi hesabatda bildirib ki, İran onu deaktivləşdirməyə başladığı barədə məlumat verib, bu proses uranın zənginləşdirilməsindən əvvəl baş verəcək, lakin Tehran uranı hansı səviyyədə zənginləşdiriləcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, İran bu yaxınlarda Tehran, Natanz və İsfahandakı nüvə obyektlərində Beynəlxalq Atom Enerjisi Agentliyinin 27 müşahidə kamerasını söndürüb. Bu addım Agentliyin Rəhbərlər Şurasının ötən həftə qəbul etdiyi və İranı qurumla ilə əməkdaşlıq etməməkdə ittiham edən qətnaməyə cavab olaraq atılıb.
Agentlik müfəttişləri indiyədək İranda gizli şəkildə uranın zənginləşdirilməsi ilə məşğul olunan üç şübhəli obyekt müəyyən edib ki, bunlardan biri Mərivanda, biri Tehranın kənarındakı Turquzabadda və biri isə Vəramindədir.
Aydın