Xəbər lenti

İran generalı İsrailə sərt xəbərdarlıq mesajı verdi
Dünya10:48 07.06.2022

İran generalı İsrailə sərt xəbərdarlıq mesajı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məlumata görə Marağa şəhərinin İmam Rza kazarmalarında briqada generalı Kiomars Heydəri İsrailin müsəlman torpaqlarını işğal etdiyini və 25 ilə yaxın bir müddət daxilində məhv olacağını, sonra isə əraziləri İslam dünyasına qaytarmaq məcburiyyətində qalacağını bildirib.
Qaynarinfo bu barədə Tasnim agentliyinə istinadən xəbər verir.
O, həmçinin bildirib ki, İran quru qoşunlarının bütün bölmələri, o cümlədən ordunun quru qoşunları tərəfindən istifadə edilən pilotsuz uçuş aparatlarının və raketlərin diapazonu artırılıb və ən yeni  kəşfiyyat avadanlığı ilə təchiz edilib.
Heydəri əlavə edib ki, İslam İnqilabının düşmənlərinin axmaq təcavüzünə cavab vermək üçün bütün avadanlıqları var və quru qoşunlarının silahları dəyişir, yenilənir və yerli olur.
Ordu Quru Qoşunlarının Komandanı başcıcı İsrail rəsmilərinə xəbərdarlıq etdərək deyib:
"İnqilabın Ali lideri demişkən, İsrail gələcək 25 ili görməyəcək və Xameneyinin əmri ilə biz hər hansı bir təhlükə ilə tel-Verivo və Hayfa şəhərlərini məhv və yerlə yeksan edəcəyik".
M.Arif