İran Golan təpələrində İsrail ərazisinə hücumlar təşkil edib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, İran İslam İnqilabçı Korpusu tərəfindən gecə boyunca 20 raket atılıb. Tələfat olmadığı bildirilir.
Suriyanın dövlət televiziyası isə İsrailin Homs şəhərini hədəf aldığını, raketlərin müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini, lakin silah anbarı və radar sisteminin vurulduğunu bildirilir.
Ötən gün İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığında İrana aid hərbi bazanı hədəf almış, 8-i İran əsgəri olmaqla, 15 nəfər öldürülmüşdü. Digər məlumatda 2 mülki vətəndaşın da həlak olduğu vurğulanırdı.
Qeyd edək ki, hücumlar ABŞ prezidenti Donald Trampın İranla imzalanmış nüvə sazişindən imtina barədə qərarından sonra təşkil edilib.
Gülşən