Xəbər lenti

İran Milli Bankında soyğun: zərrəçəkənlərlə polis toqquşdu (VİDEO)
Dünya11:42 08.06.2022

İran Milli Bankında soyğun: zərrəçəkənlərlə polis toqquşdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Milli Bankının Tehrandakı filiallarından birinin əmanətlər kassasının oğurlanmasının qurbanları çərşənbə axşamı bank qarşısında etiraz aksiyası keçirib.
Qaynarinfo bu barədə Azad Avropa Radiosunun fars bölməsinə istinadən xəbər verir.
Hamshahri Online-ın məlumatına görə, Milli Bankın Tehranın İnqilab küçəsində yerləşən bu filialı çərşənbə axşamı fəaliyyət göstərməyib və "yalnız əmanətləri oğurlananlar dindirilib, şikayətləri diblənilib və qeydiyyatı ilə bağlı tədbirlər həyata keçirilib".
Bir gün əvvəl İran Milli Bankı soyğun barədə bəyanat verərək bankın Tehrandakı filialının oğurlandığını təsdiqləyib. Qeyd edilir ki, bir neçə gün bundan öncə baş vermiş soyğunda müştərilərin əmanət kassalarında olan sənəd, qızıl-zinət əşyaları da oğurlanıb.
Məlumata görə, ən azı 168 müştərinin əmanət kassası soyğuna məruz qalıb.
Xəbərdə zərərçəkmişlərdən birinin "30 ilə yaxın işlədiyi və bütün bu illərin əmanətlərini qızıl sikkəyə çevirərək bu kassaya qoyduğu” deyilir.
İran Milli Bankı "oğurlanmış əmlakın ən qısa zamanda tam şəkildə ödəniləcəyinə” söz verib. Amma bunun necə həyata keçiriləcəyi bəlli deyil.
ISNA xəbər agentliyi İran Banklar Assosiasiyasının katibindən sitat gətirib: "Bankın fondu sığortaya cəlb edilmir və müştəri fondda nə qədər mal və ya əşya olduğunu sübut edə bilsə, bank bu vəsaitlərə dəyən zərəri ödəyə bilər", - deyə bildirib.
Qeyd edilir ki, bu toplantıda etirazçılar ilə polis arasında insident yaranıb və polis toplaşanları dağtmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıb.
M.Arif