İran hakimiyyəti 2024-cü ilin yazınadək neft hasilatının həcmini sutkada 4 milyon barelə çatdırmağı planlaşdırır. Hazırda neft hasilatı 3,4 milyon bareldir.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə axşamı İranın neft naziri Cavad Ouci bildirib.
"Bu ilin sonunadək neft hasilatı sutkada 3 milyon 600 min barelə çatacaq (İran Yeni ili 2024-cü ilin mart ayının sonunda qeyd olunur-red.) və gələn ilin yazında hasilatın 4 milyon barel səviyyəsinə çatması üçün səylər göstərilir", deyə Ouci bildirib.
O, həmçinin əlavə edib ki, hökumət sərmayələri 47,5 milyard ABŞ dolları olan 50 yeni layihənin işlənib hazırlanmasını təsdiqləyib, hazırda neft sənayesində istehsal gücünün və neft emalının artırılması üçün ümumi dəyəri 76 milyard dollar olan 182 layihə həyata keçirilir.
Aydın